Fövqəladə Səlahiyyətli Komissiyanın üzvü Novatskinin MƏRUZƏSİ

Elə Həmin komissiyanın sədri cənablarına Quba şəhərinin dağıdılması və Quba qəzasının kəndlərində yerli əhaliyə qarşı törədilən vəhşiliklər və zoarkılıqlar haqqında. 1918-ci ilin aprel ayında Bakı şəhəri və Bakı quberniyası bolşeklərin əlində olarkən, 187 nəfərdən ibarət silahlı dəstə ilə bolşevik parvtiyasının nümayəndəsi David Qelovani Qubaya daxil olaraq, özünü Quba qəzasının Komissarı elan edib, yerli əhali tərəfindən təcili olaraq sovetlərin hakimiyyətinin tanınılmasını tələb etdi. Qubalılar bu tələbi yerinə yetirdilər. Qelovani şəhərdə bolşevik idarə üsulunu tətbiq etməyə başladı. Quba müsəlmanlarının dinc əhval-ruhiyyəsinə tam əmin olduqdan sonra, o, tərksilah edilib, saxlanılmağa Quba türməsinə göndərilmiş 200 yaxın erməni dustaqlar üçün yerli müsəlman əhalisi tərəfindən heç bir təhlükənin olmayacağına arxayın olduqdan sonra, erməni məhbusların hamısını azadlığa buraxdı.

 

Bir neçə gün bu minvalla sakit ötüşdü. Birdən, qubalılar üçün gözlənilmədən, dağlar tərəfdən ləzgi kəndlərinin əhalisindən ibarət olan silahlı dəstə şəhərə yaxınlaşaraq, Qelovanidən şəhəri buraxmaq və əsir kimi təslim olmaq tələb olundu. Qelovani ləzgilərin bü təklifini rədd etdi. Ləzgilər şəhəri atəşə tutmağa başladıdar. Bir-neçə günlüyə uzanan atışma başladı. Qelovanin köməyinə bir top və pulemyotlarla silahlanmış əsgər dəstəsi gəldi. Bü köməyə baxmayaraq, ermənilər ləzgilərin qarşısında duruş gətirə bilmədilər və şəhəri tərk etmək məcburiyyətində qaldılar. O, şəhəri tərk edərkən özü ilə şəhərin əksəriyyəti ermənilərdən ibarət olan bütün xristian əhalisini zorla apardı. Ləzgilər geri çəkilənlərin təqibini davam edərək, yol boyu onları atəşə tuturdular. Atışmada Qelovanin çıxarıb apardığı dinc xristian əhalidən bir neçə nəfəri həlak oldu. Onlardan - erməni Maçak Kasparov, erməni keşişi Aleksandr Baqdanov, Duxol Poqosov, ruslardan - provaslav keşişi, əczaçı Qolubçik, aksiz məmuru Polesnı, meşəbəyi Abrosimov, doktor Mixels və bir çox başqaları. Qelovani öz dəstəsi və sağ qalanlar qaçqınlarla birlikdə çıxıb getdi. Bundan sonra şəhərdə sakit və dinc həyat davam edirdi. Ləzgilərin silahlı dəstələri Qelovanini Qubanı tərk etməyə məcbur etdikdən sonra, evlərinə dağılışdılar.

 

Yuxarıda təsvir edilən hadisələrdən təxmininən iki həftə sonra, Qubaya belə bir xəbər çatdı ki, Bakıdan Qubaya pulemyot və toplarla silahlanmış böyük qoşun dəstələri hərəkət edir. Şəhər əhalisindən bəziləri əmlak və mülklərini başlı-başına buraxaraq, meşələrə qaçdılar, lakin əhalinin əksəriyyəti Qubaya yönələn qoşun dəstələrinin onlara qarşı hər hansı bir təhlükə törədə biləcəklərini gümanlaranı belə gətirmədiklərindən, evlərini tərk etmədilər. 1918-ci il may ayının birində səhər tezdən tərkib etibarı ilə əsasən ermənilərdən ibarət olan, artıq yuxarıda adını çəkdiyimiz dəstə, məşhur daşnaksakan Amazaps və onun köməkçisi Nikolayın başçılığı altında, şəhəri mühasirəyə alıb, onu tüfəng, pulemyot və toplardan atəşə tutdular. Araya dəhşətli bir vahimə və qarışıqlıq düşdü. Silahlılar demək olar ki, heç bir müqavimət görmədən şəhərə daxil oldular. Şəhərin ələ keçirilməsi müsəlman əhalinin vəhşicəsinə döyülməsi və onların başına ağlasığmaz vəhşiliklərin, müsibətlərin gətirilməsi ilə müşayət edilirdi. Ermənilər küçələrdə qarşılarına çıxan uşaq və qadın və kişiləri qəddarcasına öldürür; evlərə soxularaq bütün ailələri görünməmiş qəddar bir vəhşiliklə qətlə yetirirdilər. Onlar hətta südəmər uşaqlara belə aman vermədən, onları analarının qucağında güllələyirdilər, xəncərlə doğrayırdılar. Məsələn, bu minvalla öldürənlənlərdən 14 nəfərdən ibarət ailəsi olan Kərbalayi Məmməd Tağının ailəsini; qarnı xəncərlə doğranan və balalarının başı kəsilən üç uşaq atası Məmməd Rəsulu; evlərində arvadı Məşədi Bibixanım və oğlu Abdul Qasımla od vurulub yandırılan Hacı Dadaşbala Qasımın ailəsini; Hakimə və Püstə adlı iki qızı anasının sinəsində doğranan Kərbalayı Abuzər Məstan oğlunun ailəsini; bir neçə uşağı ilə birlikdə qətlə yetirilən Məşədə Qəmbər Molla-Məhəmmədd Saleh oğlunun ailəsini sadalamaq olar. Bunlardan savayı Molla Şahbaz, usta Məhəmməd Bayram oğlu oğlu ilə birlikdə,Məşədi mulsa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbalayı Dadaş Bağır oğlu, cabbar Məmmədəli oğlu, Saibə, Səfərəli Məşədi Talıb oğlu və bir çox başqaları da öldürülmüşdü. Şəhərə hucum edən erməni quldur dəstələri tərfindən ələ salmaq və əzab vermək halları da az olmamışdı; məsələn, əsgərlər möhtərəm ağsaqqallara özləri üçün müsəlman qadınlarının gətirilməsini əmr edirdilər. Belə əmrləri yerinə yetriməkdən imtina etdikləri üçün Əlipaşa Kərbalayı Məhərrəm oğlu öz oğlu ilə birlikdə qətlə yetirildi, ən dəhşətlisi də o idi ki, əvvəl atanın gözləri qarşısında oğlunun gözlərin çıxardıb, üzünü doğradılar, qarnını parçalıdar. Öldürülən qadın kişi və uşaqların ümumi sayı iki min ətrafında idi. Ermənilər adları qohumları tərfindən gizlədilən yüzə yaxın müsəlman qadınını və qızları zorladılar. Müsəlmanların əmlakı qarət olunurdu. İctimai xadimlərin hesablamalarına görə Qubada Amazapsın dəstələri tərəfindən dörd milyon nəğd pul, dörd milyon beş yüz min dəyərində qızıl və qızıl əşyaları, qiymətli daş-qaş, 25 milyon rubl dəyərində qida ehtiyatları və müxtəlif mallar qarət olunub ermənilər tərəfindən daşınmışdı. Bunlardan savayı Amazapsın dəstələri Qubada İbrahim bəy Şıxlyarskiyə, Məşədə ƏliHüseynova, Orucəli Əhmədova. Bəkir Mehrəliyeva, Səttar Məmmədyarova, Hidayət Əmirbəkova, Kafar Orucova, Yusif bəy Abusalambəyova, və başqalarına məxsus olan 105 bina və tikintiləri, müsəlman idarələri yerləşən binaları od vurub yandırmışdı. Yanğınlar nəticəsində zərərçəkənlərə dəyən ziyanın məbləği yüz milyon rubl həcmində idi.

 

Amazapsın dəstələri Qubaya çatana kimi hərəkət etdiktləri istiqamətdə - qarşılarına çıxan dəmir yolunun hər iki tərəfində yerləşən bütün müsəlman kəndlərinə hucum edirdilər, evləri yandırırdılar, dağıdırdılar, əmlaklarını talan edirdilər, qaçmağa imkan tapmayan sakinləri isə uşaq, qadın olduğuna rəhm etmədən öldürürdülər. Bəzən elə hallar olurdu ki, ermənilərlə danışıqlara cəhd etmək üçün kəndlilər onların üstünə itaət göstərməyə, təslim olmağa hazır olduqlarını bilidirmək məqsədilə ağ bayraqlarla nümayəndələrini göndərirdilər, lakin ermənilər onlarla heç bir danışıqlara başlamadan hamısını gülləyərdilər, onların gəldikləri kəndləri isə talayaraq, yerlə yeksan edirdilər. Belə bir hadisə, məsələn, Əlixanlı cəmiyyətində olmuşdu: burada erməni dəstəsi onlara parlemantari kimi təşrif gətirən kəndxuda Mirzə Məmməd Dadaş oğlu və Gülhüseyn Məmməd oğlunu heç bir danışıqsız öldürdülər. Buna oxşar başqa bir hadisə Dəvəçi cəmiyyətində baş vermişdi, belə ki, Dəvəçi bazar və Qızılburun kəndlərinin sakinləri on beş nəfər hörmətli ağsaqqallarını duz-çörəklə ermənilərlə danışıqlara göndərdilər. Ermənilər duz-çörəyi qəbul etmədən, barışığa gələnlərin hamısını son nəfərinədək qətlə yetirdilər. Amazapsın ermənilərdən ibarət ordusu öz vəhşiliklərinə heç bir sərhəd qoymadan, hətta müsəlmanların dini hisslərinə belə hörmət qoymurdu: onlar tərəfindən çoxlu məscidlər yandırıldı, müsəlmanların müqəddəs Kitabı Qurani Kərim isə tikə-tikə cırılıb ayaqlar altına atılır, yandırılırdı. Təyin edilmişdir ki, Amazapsın dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırıb, qarət edib: Dəvəçi, Saadan, Çarhanə, Daryazerost, Zağlıcan, Əlixanlı, Eynbulaq, Ərəb Əl-Məmməd, Ağasıbeyli, Kelanı, Ərəb Həmiyə, Tuqay, Nardərin, Siyəzən, Razimli, Sürrə, Qulamyar, But-But, Andrey -Abad, Xəliyar, Qarakaşlı, Aşağı-Kuşi, Sarvan, Əmirxaim, Tura, Aygün, cey, Qiblə-Qrez, Qara-Qurtlu, Karaç, Narican, Xudat, Aşağı Buduq, Xaçmaz stansiyası, Təzə və Köhnə Xaçmaz, Mürşüd Sube, Əzilyar, Qaraqıllı, Nabur, Xasbulat, Bibişi, Babaşlı, Aşali, Mehrəli, Bəy-Qışlaq, canafur-Qışlaq, Küleş-Qışlaq, Yusif-Qışlaq, Qui-Quraki, Dendenik, Çarxi, Mürsəli-Qışlaq, Xırda-Oymaq, Qaraçaylı, Lanluk-Oba, Xızrı Fəriz, Er-Qoc, Qululi, Həsən-Əfəndi, Ərəb,Ərəb-Sof, Qara-Baği, Çaxmaqlı, caqatay, Kazsıniye-İlxı, Avaran, Xural, Çiləgir, İkinci-Xazri, Acıaxur, Zubul, Düz-Tahir, Okur, Böyük Moruq, Qican, Qusar, İmam-Kulu, Yuxarı-Zeyxur, Həsən-Qala, Urva, Aşağelik, Aşağı Leki-Hil, Köhnə Xudat, Avxçik, Daştı-Yataq,Teki, Kasiş-Qışlaq, Əlibey-Qışlaq, İqriq, Anıx, Aşağı Xuc, Alpan, Digah, Elzik, Mirzə-Məmməd-Kənd, Üçkənd, Hacı-Qayib qışlaq, Susay, Xucbala, cimi, Rustov, Yenqikənd, Hiləbi, Çiçi, Söhüb, Nudin, Zərqova, Afurca. Bu kəndlərin talanı zamanı 60 kişi, qadın və uşaq öldürülüb, 53 kişi yaralanıb. Evlərin dağıdılması, qarətlər və dinc əhalinin daşınan əmlaklarının və mal-qaralarının talanları nəticəsində Amazapsın yuxarıda adları sadalanan kəndlərin yerli əhalisinə vurduğu ziyanın məbləği 58.121.059 rubl civarında idi.

 

Adı xatırlanan Qelovaninin ifadələrindən görünür ki, Amazapsın dəstəsi Qubaya cəza tədbirləri üçün komissar Şaumyanın arzusu ilə başqa komissarala bildirilmədən və onların razılığı alınmadan göndərilib, göndərilmişdir. Orduya adamların səfərbərliyə alınması ilə bağlı işlər hərbi komissar Karqanov tərəfindən həyata keçirilib və dəstə təxminən iki min nəfərdən ibarət olmaq şərtilə əsasən "Daşnaksutyun" partiyasının üzvü olan ermənilərdən təşkil edilib və ordunun başına məşhur daşnak Amazaps qoyulub. Dəstənin komissarı Venunü adlı birisi təyin edilmişdi, "cəza dəstəsi" adını alan bu dəstə heç bir siyasi məqsəd güdmürdü. Bu faktı Amazaps özü Qubada etdiyi çıxışlarda etiraf etmişdi. O çıxışlarının birində çəkinmədən açıq-aşkar belə bəyan etdi: "Mən erməni xalqın qəhrəmanı və bu xalqın maraqlarının müdafiəçisiyəm. Mən buraya (Qubaya) cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə bundan əvvəl burada öldürülən ermənilərin qisasını alım. Mən bura qanun-qaydanın bərpası və Sovet hakimiyyətinin qoyulması üçün göndərilməmişəm, mən bura sizin öldürdüyünüz ermənilərin sizdən qisasını almaq üçün göndərilmişəm və mənə əmr edilib ki, Şirvanda (Şamaxıda) etdiyim kimi, dənizin (Xəzər dənizinin) sahilindən Şah dağa (Dağıstana kimi) qədər ərazilərdə olan bütün müsəlmanları məhv edim və sizin evlərinizi yerlə yeksan edim, sizin və türklərin qırdığı bizim erməni qardaşlarımızın qanını yerdə qoymayım, lakin mən sizə rəhm etdim".

 

Amazapsın "cəza dəstəsində" onun özündən, komissar Veruns və köməkçisi Nikolaydan başqa Quba əhalisindən törədilən cinayətlərdə iştirak edən aşağıdakı şəhər sakinlərinin də adları vardır: Arutyun Ayrepetov, dəllək Cavad, Arutyunov, Avakov, balıq sənayeçisinin oğlu Avakov, tələbə Amircanovlar. Tacir Mirzə Əmircanovun qardaşı və bacısı oğlanları, Mirzə Əmircanovun özü, dükançı Məlikov, Vartan, Quba şəhərində evi olan Qriqorinin oğlu, Arutyun, dəyirmanı olan Mirzəcanın nəvəsi, Vartan Avakov, Arutyun Babaoğlu, Aleksandr Mukasyans, Tateos Yaqub oğlu, Babacan oğlu ilə birlikdə, Arutyun Karapet oğlu iki oğlu və qardaşı oğlu ilə birlikdə. Ermənilərlə cinayət əməllərində iştirak edən bu insanları Quba şəhər sakinlərindən hadisələrdə zərəçəkənlər: Şəhərli Məşədi İbad Bağırov, Kərbalayı Abuzər Məstan oğlu, Məşədi Hüseynqulu Bağırov, Məşədi Həmdulla Əliyev, Şükür Turab oğlu, Məşədi Molla Yusifxan Hacı Əhməd Əli Murad oğlu və Molla Hacı Baba Axundzadə tərəfindən təsdiq edilmişdi.

 

Şərh olunanlar adları sadalanan zərəçəkənlərdən başqa, aşağıdakı Quba şəhər sakinlərinin zərərçəkənləri tərəfindən də təsdiqlənmişdir: Məmmədəli Kərbalayı İrzaqulu Sultanov, Meşədi Sultan Əsgərov, Məşədi Hacı Ağa Kərbalayı Əhməd oğlu, Mirələkbər Mirməmməd oğlu, axmaq Məşədi Talıb qızı, Kərbalayı Paşa Turab oğlu, Zəhra Yusif qızı, Molla şeyx Hüseyn Axundzadə, Dimini kənd kəndxudası Şaban Şərkər oğlu, Saaadan kənd icmasının kəndxuda Dadaş Musa oğlu, Tuqoy icmasının kəndxudası Hüseyn Əlibəy Qüseynbəy oğlu, Boyət icmasının kəndxudası Bilal Məşədi Məmmədbağır oğlu, cey icmasının kəndxudası İsrafil Məmməd oğlu, Qiblə-key kənd molllası Molla Seyfəddin İxtiyat oğlu, Qaraqurdlu icmasının kəndxudası Şeyda Şıxəli oğlu, Seyidlər kənd sakinlərindən Hacı Seyid Abdulxaliq Hacıseyid oğlu, Noraşen kənd icmasının kəndcudası Xanməmməd Barat oğlu, Şollar kən sakinlərindən Rəsul Xanmməd oğlu, Aşağı-Buduq kənd icmasının kəndxudası Məstan Nəsir oğlu, mülkədar Həsən bəy Şıxlarski, Susay kənd sakinlərindən Ulubəy Xeyirbəyoğlu, Avaran kənd icmasının kəndxudası Hacı Şeyda Nəzəralı oğlu, Narcan kən sakinlərindən İbrahim Zahidov, Nügədi icmasının kəndxudası Rüstəm Fineydan oğlu, Möhüc cəmiyyətinin ağsaqqalı, Rza Səfəpəli oğlu, Möhüc kən sakinlərindən Murad Rəsul oğlu, Fitulla cəfər oğlu, Amsar icmasının kəndxujasının Kərim oğlu və Alpan kənd mülkədarı Bəybalabəy Qaibov. Və eyni zamanda zərərçəkən icmalar tərəfindən tərtib edilmiş Quba şəhərinə baxış protokolu və aktında bu hadisəlirin təsdiqi öz əksini tapmışdır.

Yuxarıda yazılanları əsas tutaraq, belə hesab edirəm ki, Quba şəhərini darmadağın edən, Quba qəzasının 122 kəndini viran qoyan yuxarıda adları sadalanan "cəza dəstəsinin" üzvlərinə - Amazaps, onun köməkçisi Nikolay, komissar Venuns Arutyun, Ayrapetov, dəllək Cavad, Avakov, Əmircanov və başqalarına qarşı onların törətdikləri cinayətlərlə bağlı onlara qarşı Qanunlar toplusunun 13, 129, 927, 1633. 1453, 1607 maddələri ilə cinayət işi açılsın. Keçmiş komissarlardan Şaumyan və Karqanova qarşı isə onların ölümü ilə bağlı olaraq cinayət işi açılmasın.

 

Komissiyanın üzvü A. Novatski

Section: