Qəribi. Qırmızı Kitab (Tiflisdə 1920-ci ildə nəşr edilmişdir, çıxarışlar çap edilir)

Nəhayət ki, biz qraf Çalxuşianın imzaladığı erməni "Qırmızı Kitab"ı ilə tanış olmaq imkanı əldə etdik. Kitabın özünün giriş fəslindən göründüyü kimi, o, yalnız Çalşuxian tərəfindən deyil, erməni publisistlərilə birlikdə Çalxuşian tərəfindən yazılmış və nəşr edilmişdir… Rus dilində yazılmış bu kitab fransız və ingilis dillərinə tərcümə edilmiş və erməni kilsəsinin başçısının xeyir-duası ilə sülh konfransına təqdim edilmişdir… Kitab Rostovda artıq bir neçə ay bundan əvvəl nəşr edilmişdir, lakin o, nəinki kitab bazarında yoxdur, o, hətta ayrı-ayrı maraqlı şəxslərdə də yoxdur…

Avropaya Qafqazda "nəşr edilə bilmiş" kitabın tərcüməsini təqdim edirlər, elə faktlar təqdim edirlər ki, maraqlı Gürcüstan və Azərbaycan Respublikaları onlara təkziblərini təqdim edə bilməmişlər. Deməli, bu faktlar doğrudur, onlar tam etibara layiqdir. Gürcü xalqına, Qafqazın tatar əhalisinə qarşı bu erməni böhtanı və çuğulları (danosları) məcmuəsinə münasibət belə olmalıdır. Axı Avropada bilməyəcəklər ki, maraqlı respublikalar bu kitabın heç üzünü də görməyiblər, orada şərh edilən bütün iyrəncliklər heç bir tənqidə məruz qalmayıb, müzakirə predmeti olmayıb, burada heç kim bu kitabı görməyib və deməli heç kim təkzib təqdim edə bilməzdi. Onlar burada bizim bədbəxt məmləkətdə məskunlaşmış bütün xalqların qardaşlığı, həmrəyliyi barədə özlərini çarmıxa çəkəcəklər. Orada, Avropada isə erməni çuğullar (danoslar) və yalanlar kitabı sərbəst gəzəcək, gürcü xalqı haqqında Kiçik Asiyada və Zaqafqaziyada yeganə mədəni xalqı - erməni xalqını təqib edən barbarlar kimi düşünəcəklər…

 

BİZ VƏ ONLAR

Biz, sosialistlər, bizim Zaqafqaziyada milli münasibətlərin bütün kəskinliyini heç vaxt gizlətməmişik. Biz, qafqazlılar, yaxşı xatırlayırıq ki, rus mütləqiyyəti artıq bir neçə dəfə bizim aramızda beynəlxalq nifrət tonqalı alışdırmaq, bir xalqı digərinin üzərinə qaldırmaq və bulanıq suda rahatlıqla balıq tutmaq üçün cəhd edibdir…

Qafqaz xalqlarının bədbəxtçiliyindən, ermənilər və tatarlar arasında belə eksperimentlərə demək olar ki, həmişə o, müyəssər olmuşdur. Mesamedasistlər (ilk adı Gürcüstan Sosial-Demokrat Partiyası) gürcü xalqını mauzerlərlə silahlandırmamışlar. Partiya mədəni işlərlə məşğul olmağa başladı. Şəhərləri, qəsəbələri, kəndləri ümumi kitabxanalar - qiraətxanalar bürüyürdü, onlar Kutaisi quberniyasında, xüsusilə Quriyada, Qafqazın bu demokratiya beşiyində xüsusilə çox idi. Xalq qiraətləri, xalqların həmrəyliyi, əsarət altında olan siniflərin ümumiliyi barədə kitabçalar… Bax mesamedasistlərin gürcü xalqını öz qonşularına qarşı nifrətdən çəkindirən tilsim budur… Bizim böyük bədbəxtçiliyimizdən ermənilər arasında belə möizələr səslənmirdi. Onlarda həmişə milli ehtiraslar qızışdırılırdı, onları həmişə şovinizm və insanlara qarşı nifrət zəhəri ilə zəhərləyirdilər. Erməni Daşnaksutyunu, bütün zəhmətkeşlərin bərabərliyi ideyaları əvəzinə, öz fəaliyyətinin ilk addımlarından erməni xalqına separatizm ideyası aşılamağa başladı, onu inandırmağa çalışdı ki, o, qonşuları kürd və ya tatarlar kimi barbar (vəhşi) deyil, Allah tərəfindən seçilmiş, həmin mədəniyyətsiz xalqları qovmaq və onların ərazilərində özlərinin xüsusi milli çarlığını yaratmaq üçün dəvət edilmiş xalqdır…

Düzdür, erməni xalqının tarixi bədbəxtliyi ondan ibarətdir ki, onun başına düşmüş tarix çəkici onun haçansa bütöv dövlət bədənini xırda hissəciklərə parçalamış və onları dünyanın müxtəlif ölkələrinə səpələmişdir. Türkiyənin yerinə xristian Rusiyanı yaxud yüksək mədəniyyətli Almaniyanı qoyun. Əgər Rusiya polyakları Avropada yaşayan bütün polyakları bir dövlət orqanizmində birləşdirmək ideyası naminə avstriya polyaklarına qoşulsaydılar, vətəndaşları olduqları Rusiyaya qarşı müharibə etsəydilər, Rusiya nə edərdi? Əgər Elzas və Lotaringiya fransızları Almaniya ilə mübarizə üçün könüllü dəstələr təşkil etsəydilər, Almaniya nə edərdi? Təbii ki, həmin mədəni xristian dövlətləri Türkiyə ermənilərlə nə edirsə, elə onun özünü edərdilər… Məlumdur ki, insanlar öz gözlərində tiri görmürlər, özgələrinin gözündə isə cüzi bir toz zərrəsini yaxşı görürlər. Lakin tarix üçün "özünün" və ya "özgənin" gözü yoxdur. Ondan ötrü ya yarımmədəni kürd, ya yüksəkmədəni britaniyalı yoxdur. Və Türkiyə hökumətinin dəhşətli günahlarını tarixin mühakiməsinə çıxararkən biz bu günahın səbəblərini də tapmalıyıq. Erməni publisistləri öz xalqının bədbəxtliyini erməni xalqının həddindən artıq mədəniyyətli və azadlıq sevən olması ilə izah etməyi düşünürlər. Lakin belə izahatı ciddi qəbul etmək olmaz… Onun səbəbi Daşnaksutyun partiyasındadır, erməni xalqının bu dəhşətli bəlasındadır, Kiçik Asiyanın və xüsusilə Zaqafqaziyanın bütün xalqları üçün bu fəlakətdədir…

 

TÜRKİYƏDƏ ERMƏNİ MƏSƏLƏSİ

Erməni məsələsi adı ilə məlum olan məsələ ilk dəfə keçən əsrin 80-cı illərinin sonunda meydana gəlmişdir. Bu məsələ altında Türkiyənin ermənilər məskunlaşan demək olar ki, bütün vilayətlərini qana bulamış biabırçı hadisələrin bütöv bir şəbəkəsi məlumdur. Həmin hadisələrin ən başlıca səbəbləri, bir tərəfdən Türkiyədə yaşayan ermənilərin və əsas etibarilə daha mədəni siniflərin siyasi dünya görüşündə baş vermiş təkamül və bununla əlaqədar onların inqilabi fəaliyyəti, digər tərəfdən isə - həmin təkamülün süni surətdə yaradılması üzərində ciddi cəhdlə işləmiş, erməniləri inqilabi yola itələmiş və bunun müqabilində Türkiyə müsəlmanları arasında antierməni hərəkətinə səbəb olmuş Avropa diplomatiyasının gizli və qərəzli siyasətidir. Bu zaman diplomatiyanın güddüyü məqsədlər məlumdur - həmin zəmində Rusiya və Türkiyə arasında siyasi ixtilaflar doğurmaq və bununla birlikdə Türkiyənin daxili işlərinə müdaxilə etmək üçün özlərinə əlverişli mühit yaratmaqdan ibarətdir.

Qərbi Avropa siyasi xadimləri bu istiqamətdə öz məqsədlərinə nail olmaq üçün ermənilərin Türkiyədə vəziyyətlərinin ağırlığı barədə onlara təlqin edirdilər və onlarda bu vəziyyətdən Avropanın köməyilə öz qüvvələrilə çıxmaq imkanları barədə fikir oyadırdılar.

90-cı illərin əvvəllərinə qədər Türkiyənin özündə erməni məsələsi mövcud olmamış və ya o, sonralar aldığı rəngdən çox uzaq idi. Ermənilər, türklər, kürdlər birlikdə yaşayırdılar və onların arasında adi qonşu dalaşmasından kənara çıxan xüsusi anlaşılmazlıqlar baş vermirdi, çünki onların hamısı tamamilə eyni şəraitdə idilər. Xaricdə isə, İngiltərədə, Fransada, Avstriyada və Amerikada yaradılmış erməni siyasi xdimlərinin dərnəkləri arasında erməni millətini onun milli özünüdərkinin yeni inkişaf yoluna çıxarılmasının zəruriliyi barədə artıq çoxdan səslər eşidilirdi. Belə təbliğatın mərkəzi tezliklə London oldu ki, burada ingilis diplomatiyasının təlqini altında inqilabi erməni dərnəkləri arasında Avropa diplomatiyasının yardımı ilə "Müstəqil azad Ermənistan" yaradılması barədə ilk dəfə fikir törədi… Bu son məqsədə çatmaq üçün vasitə kimi Türkiyədə bir sıra iğtişaşlar törədilməsi zərurəti qəbul edildi ki, bunlar Avropanı Türkiyədə ermənilərin qəddar təqiblərə məruz qalmasına inandıra bilərdi… Rusiyanın müxtəlif qəbiləli Zaqafqaziyası ilə qonşuluqda xüsusi erməni dövləti yaradılması Avropanın arzularına - Rusiyanın Asiya Türkiyəsinə daha da irəliləmə hərəkətinə müəyyən hədd qoyulmasına cavab verərdi. Lakin hər halda Avropa üçün ən başlıca məqsəd həmin zəmində iğtişaşlar qaldırmaq, Türkiyədə onun üçün məhvedici milli münasibətləri qızışdırmaq ki, gələcəkdə ermənilərlə Türkiyə hökuməti arasında ədavətə müdaxilə edərək, öz nüfuzunu gücləndirmək və Türkiyəyə qarşı öz planlarının həyata keçirilməsi üçün özünə imkanı təmin etmək idi… Nəhayət, 1894-cü ilin avqustunda, bütün bu güclər sayəsində başının üstünü almış tufanlı şərait ermənilərin əvvəlcə kürdlərlə, sonra isə sonuncuların köməyinə yetişmiş türk qoşunları ilə erməni kənd əhalisi mövcud olmaqla, bütöv bir toqquşmaları ilə ifadə olunan məlum sasun hadisələrlə boşalır. O vaxta qədər ermənilərin və kürdlərin yanaşı tamamilə sülh şəraitində yaşadıqları rayonda Boyatjianın və Damalyanın təbliğatı ilə süni surətdə törədilmiş bu toqquşma, yeri gəlmişkən, xarici dövlətlərin Türkiyənin daxili işlərinə qarışması üçün bəhanə oldu.1894-cü ilin sonunda üç ölkənin - İngiltərənin, Fransanın və Rusiyanın nümayəndələri hərçənd dostcasına, lakin kollektiv surətdə Portoya sasun işini təhqiq etmək zərurəti barədə və sonra - ermənilərin məskunlaşdığı vilayətlərdə Türkiyə rəhbərliyini ciddi nəzarət altına qoymaq məqsədilə islahatlar keçirilməsi barədə təklif verdilər. Həmin notanı gözləyərək, ermənilərin inqilabi fəaliyyəti müəyyən vaxt sanki sönür, lakin sonra Portanın tərəddüdlərinə görə, 18 sentyabr 1894-cü ildə Konstantinopolun küçələrində islahatlar münasibətilə çoxsaylı erməni nümayişləri baş verir ki, onlar sonrakı günün səhərinə qədər davam edən qanlı küçə döyüşlərilə başa çatır. Sonrakı, 1894-cü ilin oktyabrında və noyabrında Asiya Türkiyəsinin demək olar ki, bütün nəhəng ərazisində qızışan hadisələr sanki Konstantinopolda baş verənlərin hamısının əks-sədası idi. Trapezund, Ərzurum, Van, Bitlis, Sivas, Diyarbəkir, Harput, Urfa, Adana və Aleppo vilayətlərində tədricən qanlı qırğınlar alışdı. Bu qırğınların başlanması sultanın ermənilər yaşayan altı vilayətdə islahatlar keçirilməsi haqqında 6 oktyabr 1894-cü il tarixli fərman imzalaması anı ilə üst-üstə düşmüşdür. Bununla bərabər, 1895-ci ilin noyabr ayının sonunda London diplomatiyasının erməni məsələsinə baxışlarında dönüş yarandı. O, belə rəyə gəldi ki, erməni işləri Rusiyanı Türkiyə ilə yeni müharibə meydanına çıxara bilməz. Odur ki, Ermənistanda gərginliyi bir qədər zəiflətmək və əbəs qan tökülməsinin dayandırılması üçün tədbirlər görmək barədə onda qərar yaranır. İlk vaxtlar bu qərar Türkiyədəki ingilis konsullarının demək olar ki, hamısını öz nazirliyinin planlarının keçmiş icraçıları kimi dəyişilməsinə çevrildi. Lakin yeni təyin edilmiş konsulların barışdırıcı siyasətinə baxmayaraq, xaricdən təkan almış hərəkət birdən-birə dayana bilməz.

Və 1896-cı ilin iyununda Vanda izdihamlı iğtişaşlar başlanır, bu zaman yerli ingilis konsulu Villiams az qala həlak olacaqdı, onun fədakarlığı və ciddi fəaliyyəti sayəsində bu iğtişaşlar nisbətən az saylı tələfatla (erməni tərəfdən 500 və müsəlmanlardan 300 nəfər) qurtarır. Həmin ilin avqust ayının 14-də Daşnaksutyun partiyasının üzvləri qəflətən Konstantinopolda Ottoman bankının binasını zəbt edirlər və binanı ordakı bütün qiymətlilər və kağızlarla birlikdə partlatmaqla hədələyərək, Avropa səfirlərindən ermənilər üçün həqiqi islahatların təcili keçirilməsi xeyrinə ciddi müdaxilə etməyi tələb edirlər. Həmin ildə Vanda, əgər rəsmi sənədlərə inansaq, şəhərə girmiş erməni inqilabçılarının törətdiyi iğtişaşlar baş verir. 1898-1899-cu illərdə inqilabçı təşkilatların fəaliyyəti Muş-Sasun rayonuna keçirilir, burada Seronun qrupu, sonra 1901-ci ildə isə Andranik çətəsi fəaliyyət göstərməyə başlayır. Bütün bu çıxışların bir nəticəsi - erməni çətələrinin zülmünə müsəlmanların cavabının (qisasının) bütün ağırlığı, əsas etibarilə, onların üzərinə düşən kəndçi erməni elementinin ümumi rifahının sarsıdılması oldu. Böyük dövlətlərin kömək edəcəyi nöqteyi-nəzərində dayanaraq erməni inqilab xadimləri özləri üçün iki prinsip hazırlamışdılar: bir tərəfdən, qəsdən daha çox açıq üsyanlar törətmək, qiyamlar qaldırmaq və ikinci tərəfdən - həmin qiyamlar və qan tökülmələri barədə, onların ölçülərini mütləq şişirtməklə qışqırmaq. Öz tələblərini onlar həmişə son dərəcə şişirdilmiş şəkildə təqdim edirdilər. Onlar belə bir fikri mənimsəmişlər ki, siyasət bütöv yalandır, xalqın taleyini yalan və şişirtmə yolu ilə xilas etmək olar, kim daha çox qışqırır, o, da son qələbəyə nail olur… Konstantinopolda Fransanın diplomatik nümayəndəsi Kambon 1894-cü ildə erməni məsələsinin vəziyyətini bax belə təsvir edir. "Berlin traktatının 61-ci maddəsinin mənasına görə Avropa Ermənistan xristianlarının aqibətilə maraqlanmalı idi. 1878-ci il Kipr traktatında isə yenidən ermənilərin vəziyyətinin yaxşılaşdırılması zəruriliyi təsdiq edilmişdir. Bu zaman ermənilər arasında ya milli ideyalar, ya da müstəqillik ideyaları mövcud deyildi. Əgər belə ideyalar törəyirdisə, onlar yalnız Avropa üzrə səpələnmiş mühacirlərin məktublarında olardı… Erməni əhalisinin kütləsi sadə reformalar istəyirdi və yalnız türk rəhbərliyinin yaxşılaşdırılması barədə xəyal edə bilərdi. Lakin Portanın fəaliyyətsizliyi erməniləri ümidsizliyə gətirib çıxardı…"

1885-ci ildə Avropada ilk dəfə erməni hərəkatının başlanması barədə xəbər yayılır. Fransadakı, İngiltərədəki, Avstriyadakı və Amerikadakı erməni mühacirləri kollektiv hərəkətlər üçün birləşirlər; komitələr yaradılır, fransız və ingilis dillərində nəşr edilən jurnallar peyda olur; həm onlar və həm də digərləri ermənilərin milli özünüdərkinin oyadılması üzərində işləməyə və türk rəhbərliyinin cinayətlərini ifşa etməyə başlayırlar və buradan da Avropaya Berlin traktatının pozulması barədə bildirilməsi üçün ilk səslər yayılır. Erməni təbliğatı ilk öncə Fransanı özünə tərəf cəlb etməyə çalışırdı. Ermənistan barədə müxtəlif məqalələr çap edilməyə başlandı: ziyafətlər təşkil edilir, nitqlər söylənilirdi. Sen-Denidə Lyusinyanın məzarı üstündə nümayiş keçirilmişdi. Lakin etiraf etmək lazımdır ki, Fransa heç nə başa düşmədi və adı yalnız Ararat dağı, Nuh və Xaç yürüşləri barədə xatirələr yaradan xalqla heç maraqlanmadı. Əvəzində İngiltərə erməni məsələsilə çox maraqlandı. Şərqdə maraqlı olan, çox böyük müstəmləkələrə malik dövlət kimi orada öz hökmranlığını saxlamaq üçün o, Kiçik Asiyada da möhkəmlənməli idi. O, Rusiyaya Dardanelə doğru irəliləməkdə mane olmalı idi. Odur ki, o, erməni məsələsindən yapışmalı idi. Bu münasibətlə həmin cənab Kambon bax nə yazır: Londonda ermənilər çox yaxşı qəbul edildilər: Qladston kabineti narazıları topladı, onları qruplaşdırdı, intizama öyrətdi və öz dəstəyini vəd etdi. Həmin vaxtdan təbliğat kabineti Londonda bərqərar oldu və burada müvafiq göstərişlər alırdı. Erməni əhalisi kütləsinə iki çox sadə ideyanı yeritmək lazım idi: millət ideyası və azadlıq ideyası. Beləliklə, bir neçə il ərzində gizli cəmiyyətlər bütün Ermənistan üzrə yayılır, türk rəhbərliyinin qüsurları və nöqsanları təbliğ edilir; zəmin hazırlanmışdır, erməni hərəkatının qəti təsvir edilməsi üçün yalnız bəhanə yaxud məlum həvəsləndirmə çatmır. Bu bəhanəni, yaxud, əgər istəsəniz, həvəsləndirməni ermənilər Konstantinopolda keçmiş erməni patriarxı, sonralar öz vətənpərvərliyinə görə Yerusəlimə sürğün edilmiş yepiskop Xrimianın katolikos vəzifəsinə seçilməsində tapırlar. Əzəmətli Porta, əlbəttə, belə hallarda tiraniyanın yoxlamadan çıxmış vasitələrini: qətlləri, sürgünləri, həbsxanaya salınmaları işə buraxdı… Lakin Porta sərt tədbirlərlə əks nəticələrə nail oldu. Həmin Kambonun ədalətli qeydinə görə o, bununla artıq öz əzabkeşlərini (qurbanlarını) saymağa başlamış ermənilərin hərəkatını müqəddəsləşdirdi. Bu ümumi hərc-mərclik vəziyyətində erməni məsələsinin həlli üçün nə təklif etmək yaxud nəyi fərz etmək olar? Müstəqil Ermənistan? - Kambon soruşur və özü də cavab verir: "Bu barədə fikirləşmək belə olmaz: Ermənistan Bolqariya yaxud Yunanıstan kimi, təbii sərhədləri olan dövlət yarada bilmək, zira elə bir rayon göstərmək olmaz ki, orada digər xalqlar çox və ya az dərəcədə ermənilər tərəfindən azlığa çevrilsin. Ermənilər Türkiyənin dörd küncünə səpələnmişlər, Ermənistanın özündə isə onlar hər yerdə müsəlmanlarla qarışmışlar. Buna əlavə edək ki, ermənilər artıq Türkiyə, İran və Rusiya arasında bölünmüşlər. Ehtimalı az olan halda, əgər Avropa Ermənistan yaratmağı təklif edərsə, yeni dövlətin sərhədlərini cızmaq demək olar ki, mümkün olmayacaqdır. Yarımmuxtar imtiyazlı ədalət təsis edildikdə də belə çətinlik gözlənir. Ermənistan harada başlanır və harada qurtarır?"… Kambon bir çox illər bundan əvvəl belə yazmışdı və həqiqət bu fikirləri o qədər doğrultdu ki, onun ağlının bəsirətinə (gözü açıqlığına), peyğəmbərliyə qədər yüksəlmiş bəsirətinə müsbət mənada təəccüblənməli oluruq… Böyük dövlətlərin Türkiyə ermənilərilə maraqlanmalarını görən həmin xalqın liderləri heç də məsələ barədə onlarda düzgün təsəvvür yaradılmasına, onların türk-erməni münasibətləri labirintini anlamalarına kömək etməyə çalışmırdılar. İngiltərənin Konstantinopolda səfiri mister Qoşen Lord Qranvillə 1880-cı ildə yazdığı məktubda bu barədə birbaşa şikayətlənirdi: "Mən tamamilə əminəm ki, əhaliyə aid həqiqi məlumatlar dövlətlərə məlum olmayınca onlar heç bir hərəkət planı müəyyən edə bilməzlər. Patriarxın (Neresin) rəqəmləri də, Portunun rəqəmləri kimi, hərçənd əks istiqamətdə, şişirdilmişdir. Hər şey iki bir-birindən fərqli xalqların və dinlərin fiziki qüvvəsindən asılıdır. Əgər ermənilər azlıqda qalarlarsa, onların çoxluqda olmaları halında bizim onlara verəcəyimiz eyni təsisatları verməyimiz onlar üçün təhlükəli olacaqdır, bu onların özləri üçün təhlükəli olardı".

Necə olsa da, 1896-cü ilin sonundan Avropa dövlətləri erməni işlərinə qarışmaq üzrə öz enerjilərinin cəmini nəzərə çarpacaq dərəcədə azaltmağa başladılar. Onlar üçün Türkiyənin daxili işlərinə qarışmaq üzrə öz qüvvələrinin tətbiqinin digər nöqtələri: Krit üsyanı və Makedoniya məsələsi kimiləri müəyyən edilməyə başladı… Erməni məsələsində durğunluq başlanır.

 

ERMƏNİ İNQİLABÇI XADİMLƏRİNİN ÜSYANKARLIĞI

Erməni inqilabçı xadimləri sadə üsyançılardır. Onlar heç vaxt mübarizə edən qüvvələrin real nisbətinə istinad etməmişlər, heç zaman onların arasında və onlar üçün fəaliyyət göstərdikləri xalq kütlələrinin maraqları ilə hesablaşmamışlar. Onlar dinc əhali arasında peyda olur, üsyanlar hazırlayır və qaldırırdılar: bombalar atırdılar, görkəmli kürd və türk məmurlarını öldürürdülər, atışmalar yaradırdılar və özlərinin bədbəxt soydaşlarını cənab inqilabçıların hərəkətlərinə görə öz qonşuları ermənilərdən qisas almağa hazır olan amansızlaşmış müsəlman əhalisinin ixtiyarına buraxaraq həmişə cəzasız sürüşüb aradan çıxmağı bacarırdılar. Erməni inqilabçı xadimləri xalq kütlələrinin özünün təşkilatçıları, onların rəhbərləri deyildilər, dinc əhalini tarixə cəlb edən və onu ən faciəli anlarda hər cür müdafiəsiz atıb qaçan sadəcə kortəbii qıcqırma (qalxışma) fermentləridirlər. Erməni inqilabçı xadimlərinin səciyyəvi xüsusiyyəti belədir.

Bu xüsusiyyəti həm Türkiyə Ermənistanında, həm də Zaqafqaziyada inqilabi hərəkatın başlanğıcından izləmək olar. Misal üçün Boğazkəsən kəndinin kürdlər tərəfindən talan edilməsi tarixini izləmək kifayətdir. İş ondan başladı ki, bu bədbəxt kənddə səkkiz nəfər erməni inqilabçısı peyda oldu. Onları izlədilər və kəşfiyyat üçün kəndə iki rota nizami dəstə gəldi. Onlar kəndin yanında düşərgə salmağa macal tapmamış erməni inqilabçıları pusqudan onlara atəş açdılar. Nəticədə bir neçə nəfər kürd yerindəcə öldürüldü, qalan kürdlər qaçdılar. cənab inqilabçılar bir dəqiqə də vaxt itirmədən öldürülmüş kürdlərin atlarını ələ keçirdilər və saatın təxminən dörddə biri ərzində əlçatmaz hüdudlarda oldular. İnqilabçılar rahatlıqla öz qiymətli həyatlarını xilas etdilər, lakin Boğazkəsən kəndində yaşayan bədbəxt ermənilər qisasdan xilas edilmədilər. Gündüz saat üçə yaxın oraya bir rota türk əsgəri gəldi. Kənd tamamilə boş idi. Ermənilər hər şeyi atıb, qarşıdakı qisasdan qorxaraq, öz əmlaklarını taleyin ixtiyarına buraxıb hər tərəfə qaçmışdılar. Axşama yaxın bütün Tokurlu aşirəsi tam tərkibdə burada idi. Varlı kənd büsbütün talan edilmişdi. Dinc erməni əhalisinin əsrlərlə əldə etdiyi əmlak hiddətlənmiş kütlənin əlinə keçdi. Yaxınlıqda yerləşən dörd erməni kəndinin də taleyi sonrakı gün belə oldu. cənab Mayevski göstərdiyi kimi, bu hadisələr Trapezund qırğınından ancaq bir neçə gün öncə baş vermişdi və kürdlərin kortəbii antierməni hərəkatının başlanğıcı oldu. Erməni inqilabçılarının Ottoman bankını zəbt etmələri də səciyyəvidir, bu barədə yuxarıda xatırlatmışıq. İş belə olmuşdu. "Daşnaksutyun" erməni inqilabçıları federasiyasının mərkəzi Konstantinopol komitəsi 1896-cı ilin avqustunda, Avropanın erməni məsələsinə diqqətini qaytarmaq arzusu ilə, belə bir proklamasiya buraxmışdılar ki, onu Avropanın böyük dövlətlərinə iitihamnamədən başqa heç cür məna vermək olmaz. "Porta tərəfdarları olan dövlətlər! Həm Krit adasında, həm də Ermənistanda onlar xristianların əbəs mübarizəsinə bizim cəlladlarımız olan türklər kimi nifrətlə yanaşırlar!.. Lakin sarsılmış xalqın səbrinin öz hədləri vardır. Erməni millətinin qəzəbi onun boynuna geydirilmiş zəncirləri bir daha qırıb atacaq və bundan sonrakı hərəkətlər üçün məsuliyyət yalnız sultanın deyil, həm də xarici dövlətlərin nümayəndələrinin üzərinə düşəcək… Biz öləcəyik! Biz bunu bilirik!.. Lakin erməni xalqının sümük iliyinə qədər hopmuş inqilab ruhu hətta bir erməni sağ qalana qədər sultanın taxt-tacına təhlükə yaratmaqdan çəkinməyəcəkdir".

Həmin proklamasiyanın nəşrinin ardınca "Daşnaksutyun" Konstantinopolda Ottoman bankının zəbt edilməsi adlanan komediyanı oynadı və o, bir neçə min dinc erməni əhalisinin həyatı bahasına başa gəldi. 14 avqust 1896-cı il tarixində 25 nəfər "Daşnaksutyun" partiyasının üzvü Ottoman bankının binasına girdilər və bombaları və mauzerləri çıxarıb oradakılara elan etdilər ki, onlar indi bankı partladacaqlar. Dəşhətli çaxnaşma baş verdi. Bu zaman bankda olanların hamısı özlərini xilas etmək üçün bankın binasından tələsik çıxdılar, orada yalnız erməni inqilabçıları qaldı. Lakin hansısa bir neçə dəqiqədən sonra Konstantinopolun küçələrində dəhşətli erməni qırğını başlandı. Qırğın bütöv bir sutka davam etdi. Erməniləri, vəhşi heyvanlar kimi ovlayırdılar. Qan çay kimi axırdı. Küçələr cəsədlərlə dolu idi. Həmin dəhşətli hadisəni törətmiş cənab inqilabçılar isə elə həmin günün axşamı Rusiya səfirliyinin dilmancı Maksimov vasitəsilə Avropa dövlətlərinin nümayəndələrilə danışıqlara başladılar və həyatlarının saxlanılması şərtilə təslim oldular. Konstantinopolun küçələrində dinc ermənilərin günahsız qanı sel kimi axanda onların bədbəxtliyinin həmin günahkarları özlərindən sonra onların günahsız həlak olmuş qardaşlarının minlərlə cəsədini qoyub, "Jironda" fransız paroxodunda Marselə doğru üzürdülər. Erməni inqilabçılarını bu bədbəxt qurbanlarmı maraqlandırırdı? Axı onlar öz vəzifələrini vicdanla yerinə yetirmişlər: bir dərya qan tökdülər, dünyanı erməni məsələsi barədə danışmağa məcbur etdilər, qəzetlərə türklərin erməniləri qırması barədə qışqırmaq üçün material verdilər… və öz şəxsi həyatlarını xilas etdilər. Həmişə belə olmuşdur. Erməni inqilabçıları iğtişaşlar, qırğınlar törətmiş, sonra isə gizlənmişlər. Onların sərəncamında olan silah özlərinin qaçmalarının qorunmasına xidmət edirdi, silahsız erməni kütlələri isə öz silahlı soydaşlarının qoçaqlıqları üçün həyatlarını və əmlaklarını qurban verməli idilər. Erməni inqilabçıları heç vaxt öz hərəkətlərinə görə üzərlərinə məsuliyyət götürməmişlər. Peterburqdakı məşhur daşnaksutyun prosesini xatırlayaq. Orada müqəssirlər kürsüsündə oturan on partiya başçısından yalnız A.P.Oqancanyan özünün Daşnaksutyun partiyasının üzvü olduğunu boynuna aldı. Onun bütün qalan üzvləri partiyaya mənsubiyyətdən və hər hansı məsuliyyətdən imtina etdilər...

 

İNQLABİ FƏALİYYƏTİN ZAQAFQAZİYAYA KEÇİRİLMƏSİ

Doxsanıncı illərin ortalarında erməni məsələsi öz inkişafının yeni fazasına daxil olur - o, Türkiyədən Zaqafqaziyaya keçirilir. Bu Qafqaz ölkəsinə knyaz Qolisinin rəhbərliyi dövrünə düşür. Burada Daşnaksutyun partiyası öz fəaliyyətini güclü göstərməyə başlayır, o, ermənilərin əmlak və mədəni maraqlarının müdafiəsini özünün şüarı elan edir, onlara münasibətdə knyaz Qolisin eşidilməmiş ədalətsizliklərə yol vermiş, hətta erməni kilsəsinin əmlakını dövlət idarəsinə götürmüşdü. Həmin partiyanın bayrağı altında azsaylı, lakin öz həmrəyliyi və fəallığı ilə güclü bir qrup erməni birləşmişdi, onlar yalnız digər millətlərə deyil, həm də partiyanın təbliğ etdiyi siyasi fikirlərə indifferent və etinasız yanaşan həmvətənlərinə qarşı terror yolu ilə öz ideallarını həyata keçirməyi özlərinə məqsəd qoymuşdular… Erməni inqilabçılarının mübarizə meydanını Zaqafqaziyaya keçirmələri onları əhalimizin sülh və dostluq şəraitində yaşadığı bizim diyarın tarixində ən bədbəxt an hesab etmək lazımdır. Daşnaklar gəldilər, milli ədavət gətirdilər; belə zəmində isə, əlbəttə, erməni-tatar qırğınından yaxud Ermənistanla Gürcüstan arasında müharibədən başqa heç nə bitməzdi. Erməni inqilab xadimlərinin, əsas etibarilə, "Daşnaksutyun" partiyasının meydana gəlməsinə qədər Zaqafqaziya sülh və əmin-amanlıq şəraitində yaşamışdı. Bizim gördüyümüz tez-tez və hər yerdə təkrar edilən erməni-tatar qırğını kimi dəhşətlərin kölgəsini də burada heç kim xatırlamır. Ermənilər, tatarlar, gürcülər əsrlərlə birlikdə yaşamışlar. Dinc əhali burada heç vaxt milli zəmində heç bir qanlı toqquşmalarla üzləşməmişdi. Düzdür, müsəlman xalqlarında qan qisası adəti mövcuddur, lakin burada bu və ya digər qan düşməninin millətinin heç bir mənası yoxdur. Belə hallarda qan düşməni həm öz soydaşına, həm də digər millətdən olan adama eyni qəzəblə hücum edəcək. Daşnaklar özlərinin gələcək muxtar Ermənistan üçün bütöv erməni ərazisi yaradılması təbliğatları ilə gəldilər və o vaxta qədərki Zaqafqaziya kəndinin patriarxal həyatına milli düşmənçilik və ədavət hissləri soxuldu. Ermənilərin silah oynatmasına tatarlar onunla da cavab verdilər. Qraf Voronsov - Daşkov öz sədaqətli məktubunda deyir: "Belə vəziyyətdə ən kiçik bir bəhanə kifayət idi ki, toqquşma baş versin. O, Naxçıvanda və Erivanda baş verdi. Bu hadisələrin ardınca erməni-tatar münaqişələri qonşu Yelizavetpol quberniyasına keçdi. Ayrı-ayrı hallarda tərəflərdən hansının qırğının başlanmasında müqəssir olmasını dəqiq müəyyən etmək mümkün deyil. Şuşada kütləvi atışmanı, görünür ki, ermənilər, Bakıda ikinci iğtişaş zamanı (1905-ci ilin avqustunda) - tatarlar, Tiflisdə - ermənilər başlamışdılar". Ermənilərin özlərinin məftun olduqları yumşaq döşəyən qraf Voronsov-Daşkovun fikirlərində "Daşnaksutyun" partiyasının fəaliyyətinin bax belə tərifini tapırıq. Hazırda erməni əhalisi üçün artıq sirr deyil ki, erməni-tatar qırğınında çox mühüm rolu olan "Daşnaksutyun" özünün zəruriliyini isbat ermək üçün çox zaman guya "fədai" quldur dəstələrinin qonşu tatar əhalisinə taktiki hücumları, əlbəttə, öz növbəsində, onların da ermənilər qarşısında borclu qalmadıqları kimi xalis fitnəkar hərəkətlərə əl atırdı.

"Daşnaksutyunun" bu səyi onlara adətən gələcəkdə avtonom Ermənistan yaradılması üçün hazırlıq məqsədlərilə bir bütöv erməni əhalisi olan müəyyən dərəcədə böyük ərazi yaratmaq səyilə izah edilirdi. Zaqafqaziya hüdudlarında daşnaksakanların peyda olduqları ilk günlərdən xüsusi döyüşçü dəstələrinin üzvləri vasitəsilə aparılan terrorçuluq hərəkətləri başlanır. Onların bu istiqamətdə fəaliyyəti vəzifəli şəxslərə qarşı bir sıra qəsdlərə, hətta Qafqaz valisi knyaz Qolitsının həyatına qəsdə gətirib çıxarır və nəhayət, erməni-tatar toqquşmaları alovunda - Qafqazda presedenti (misalı) olmayan hadisədə yekunlaşır. 1905-ci ildə Qafqaz canişini vəzifəsinə hiyləgər, yumşaq xasiyyətli saray adamı Voronsov-Daşkov təyin edilir. O, Qafqazda erməni xalqına hakimiyyətin olduqca xeyirxah münasibətini yaradır. Bu andan da erməni başçılarının fəaliyyətində dönüş müşahidə edilir; onların Qərbi Avropa dövlətlərini yenidən erməni məsələsilə maraqlandırmaq üçün təkidli cəhdləri belə fikirlə əvəz edilir ki, onların siyasi ideallarına və Türkiyədə erməni xalqının taleyinin yaxşılaşmasına nail olmasında yalnız Rusiya onlara kömək edə bilər. Erməni liderləri tərəfindən Rusiya diplomatik dairələrində bu istiqamətdə zəminin öyrənilməsi və hazırlanması üzrə güclü iş başlanır və onlar çarın adına erməni xalqına havadarlıq edilməsi barədə vəsatət qaldırırlar… Hələ Rusiya və Türkiyə arasında hərbi əməliyyatlar başlayana qədər erməni xalqının başçıları əsəbiləşməyə və Rusiyanı Türkiyə ilə müharibə yoluna itələməyə başlayırlar. Rusiya-Türkiyə hərbi münaqişəsinin başlanmasına cəmi bir neçə həftə qalmış, məhz 5 avqust 1914-cü ildə bütün ermənilərin katolikosu V Georq qraf Voronsov-Daşkova aşağıdakı tarixi məktubla müraciət edir: "Alihəzrət, hörmətli cənab qraf İllarion İvanoviç! 2 oktyabr 1912-ci il tarixində mən bütün ermənilər adından alihəzrətiniz vasitəsilə mərhəmətli padşaha acizanə surətdə Türkiyədəki erməni xalqına onun vəziyyətinin möhkəm yaxşılaşması üçün yüksək havadarlıq göstərmək xahişilə müraciət etmişdim. Həmin müraciətə cavab olaraq mən imperator hökumətinin Türkiyədə ermənilərin vəziyyətinə ciddi diqqət yetirmək və bu xalqın taleyinin nizamlanması ilə məşğul olmaq niyyətləri barədə təminat almışam. Həqiqətən, Rusiya rəsmi surətdə elə islahatın layihəsi təklifilə çıxış etmişdir ki, o, ermənilərə münasibətdə Türkiyə regiminin kifayət dərəcədə möhkəm və faydalı dəyişiklik vəd edirdi. Lakin Almaniyanın müxalifəti və Rusiyanın gələcək müvəffəqiyyət üçün dövlətlərin birliyini saxlamaq üzrə möhkəm iradəsi nəticəsində onun təklif etdiyi islahat layihəsi güclü dəyişikliyə və əhəmiyyətinin azaldılmasına məruz qaldı. Buna Portanın baş inspektorlara təlimatı, onlarla kontraktları və erməni vilayətlərində onun qəbul etdiyi ehtiyat tədbirləri əlavə ediləndə isə islahatın yararlılığına xalqın və Konstantinopol patriarxının şübhələri daha da gücləndi. İndi başlanmış böyük müharibə Türkiyə ermənilərinin taleyini və islahatın taleyini yenidən böyük sınaqlara məruz qoyur. İndi, Hər bir Rusiya vətəndaşının fikirləri dövlətdən böyük qüvvə və iradə gərginliyi tələb edən hadisələri həyəcanla izlədiyi vaxt, mən xoşbəxtəm alihəzrətinizə bəyan edim ki, erməni xalqı şəxsi yarasından ağrı hissini özündə boğaraq, bütün fikirlərini böyük vətəni üzərində cəmləşdirdi, onun şərəfi üçün o, öz padşahının əla həzrət və vətən qarşısında müqəddəs borcunu yerinə yetirmək çağırışına rüh yüksəkliyilə cavab verdi. Çox hörmətli qraf, mən sizə həm də onu bəyan etməkdə xoşbəxtəm ki, sərhədin o tərəfində yaşayan erməni xalqı da böyük Rusiya dövlətinə öz sədaqətində tərəddüd etmədən möhkəm dayanmışdır. Lakin öz xalqının keşişi kimi mən həyəcansız alihəzrətinizə göstərməyə bilmərəm ki, əgər Rusiyanın erməni məsələsinə diqqəti hətta müvəqqəti zəifləyərsə, Türkiyədə erməni xalqını qəmli günlər gözləyər. Mən zənn edirəm ki, imperator hökumətində onun Türkiyəyə dostluqla təsir etmək cəhdlərinin müsbət nəticələrə gətirib çıxarmadığı barədə artıq şübhə qala bilməz. Almaniya tərəfindən gizli həvəsləndirilən Porta bu ilin 26 yanvar tarixli sazişini ləğv etdirə bildi, ona görə də hazırlanmış islahat heç kimi qane edə bilməz. Mənim Konstantinopol patriarxatlığından və erməni milli cəmiyyətindən aldığım çoxsaylı məlumatları nəzərdə tutaraq, mən belə qəmgin rəyə gəlirəm ki, Türkiyədə mövcud rejim şəraitində ermənilərin vəziyyətinin yaxşılaşdırılması üçün hər hansı islahatların, əgər onların yerinə yetirilməsi xüsusi və möhkəm zəmanətlərlə şərtlənməsə, həyata keçirilməsinə inanmaq mümkün deyil. Nə qədər ki, Türkiyə Ermənistanı Türkiyə hüdudlarındadır, bütün erməni xalqı üçün bu əzablı məsələnin qəti həlli üçün mənim şəxsi rəyim və bütün erməni millətinin rəyi aşağıdakılardan ibarətdir:

a) Anatoliyadakı erməni əyalətlərindən bir bölünməz vilayət yaratmaq;

b) Həmin vilayətin idarəsinin başında xristian dinindən olan, Portadan asılı olmayan, yüksək titullu və ya rütbəli və Rusiya tərəfindən seçilmiş şəxs olmalıdır;

c) Bu vilayətdə xristianlardan və müsəlmanlardan bərabər sayda nümayəndələr olan, seçkili geniş daxili özünüidarə tətbiq etməli;

d) Erməni xalqının yeni təşkilatın və idarəetmə qaydasının möhkəmliyinə və həyat qabiliyyətinə inanması üçün bütün islahatın tətbiqi və həyata keçirilməsi üzərində nəzarət hüququnu müstəsna olaraq təkcə Rusiyaya vermək.

Şərh edilən idarəetmə qaydasının tətbiqi yalnız indiki müharibə qurtaranda mümkündür. Bununla belə, Türkiyədə elan edilmiş səfərbərliyə görə həyacanlı əlamətlər görünür ki, bunun nəticəsində erməni əhalisi yeni bəlalardan qorxur. Ona görə yaxşı olardı ki, imperator hökuməti elə indi Türkiyə hökumətinə: a) ermənilərin həyatının və əmlakının qorunması üçün lazımi tədbirlər görülməsi haqqında və b) general-inspektorların yerlərdə tezliklə qərarlaşdırılması və onlara hələlik 26 yanvar 1914-cü il tarixli sazişlə qəbul olunmuş islahatı tətbiq etmək imkanları verilməsi barədə güclü tələblər təqdim etsin. Alihəzrətlərinizdən hörmətlə xahiş edirəm, imperator həzrətlərinin, bizim sevimli padşahımızın ayaqlarına mənim Rusiyadakı dindarlarımın sadiq bəndə hisslərini və Türkiyədəki erməni xalqının həqiqi sadiqlik hisslərini çatdırmaqla mərhəmətli padşah qarşısında Türkiyə ermənilərinə havadarlıq edilməsi və onların müdafiəsi barədə və onların taleyinin möhkəm qurulmasına ümidlərinin həyata keçirilməsi barədə vəsatət qaldırasınız. Həqqtəaladan sizə sağlamlıq və uzun ömür diləməklə, alihəzrətinizin olmaq şərəfilə çalışqan ibadətkar V Georq, bütün ermənilərin Katolikosu. 5 avqust 1914-cü il. № 1131, Müqəddəs Eçmiədzin". Biz bu qəsdən uzun, təşəxxüslü, lakin həqiqətən tarixi müraciətnaməni bütövlükdə göstərdik. Burada hər bir sətr nəzakətsizlikdir. Erməni xalqının rəhbərləri Rusiyanı Türkiyə erməniləri üçün açıq-aşkar fəlakətli müharibə yoluna itələyirlər, onlar həmin bədbəxt Türkiyə erməniləri adından onların dövlətinin düşməni olan Rusiyaya müraciət edir, Türkiyənin işlərinə qarışmaq üçün ona yalvarırlar və heç düşünmürlər ki, Türkiyənin bunu xəyanət hesab etməyə tam əsası var, Türkiyə hökuməti buna görə məhz Türkiyə ermənilərilə hesablaşa bilər, halbuki onlar bəlkə də güman etmirdilər ki, onların adından belə təşəxxüslü fitnəkar xahişlər və yalvarışlar yazılır. Rusiyada belə müraciətin bütün fitnəkarlığını, görünür, Türkiyə Ermənistanının bir çox xadimləri də yaxşı anlayırdılar. Biz hamımız həmin məsələ üzrə bir tərəfdən Türkiyə ermənilərinin orqanı "Vantosp" və digər tərəfdən daşnaksutyunun "Orizonu" arasında necə kəskin mübahisə qızışdığını xatırlayırıq.

Türkiyə erməniləri, onların sırasında professor Minasyan, Qafqaz erməni xadimlərini Türkiyə əleyhinə könüllü dəstələr təşkil etməkdə və ümumiyyətlə Türkiyədə rus silahının təntənəsinə öz yardımları ilə Türkiyə ermənilərini fitnəkarlığa təhrik etməkdə günahlandırırdılar. Bir çox Qafqaz erməniləri də erməni xalqının rəhbərlərinin bu cür fəaliyyətinə hüsn-rəğbət göstərmirdilər. Onlar həmin rəhbərlərin məqsədlərinin həyata keçirilən olmasına inanmırdılar: onlar muxtar Türkiyə Ermənistanı yaranmasının mümkünlüyünə inanmırdılar… Konstantinopolda Rusiya səfiri cənab Qrisin "Daşnaksutyun" partiyasının üzvü Zavriyevlə söhbətini burada verməyi lazımsız hesab etmirik. Qris yazır: "c.Zavriyev belə fikirdədir ki, talanlara və dağıntılara yol verilməməsi tamamilə Türkiyə hakimiyyətindən asılıdır və Rusiya hökuməti tərəfindən güclü xəbərdarlıq olduğu halda fəlakətin qarşısı alına bilər. Mən həmsöhbətimə cavab verdim ki, imperator hökuməti Ermənistanın taleyində ən fəal iştirak edir. Lakin bütün bunlarla bərabər ermənilər hazırki məqamın müstəsna şəraitini nəzərdən qaçırmamalı və ehtiyatsız çıxışlarla öz vəziyyətlərini pisləşdirməməlidirlər. Belə lazımdır ki, bütün Avropanın nəzərində ermənilər türk özbaşınalığının qurbanı kimi qalsınlar, Türkiyənin hərbi uğursuzluğundan özlərinin milli səylərinin həyata keçirilməsi üçün istifadə etmək istəyən siyasi inqilabçılara çevrilməsinlər. Odur ki, ermənilər türklərə heç cür sataşmamalı, xüsusən Avropaya hansısa siyasi tələblər irəli sürməməlidirlər. Doktor Zavriyev mənə bəyan etdi ki, o, mənim sözlərimi rəhbər tutur və öz partiya yoldaşlarına və ümumiyyətlə həmfikirlərinə bu mənada təsir edəcəkdir. Qraf Voronsov-Daşkov özünün 2 sentyabr 1914-cü il tarixli cavab məktubunda katalikos V Georqa daha böyük təkidlə həmin cür məsləhət vermişdi. Qraf Voronsov-Daşkov katolikosa yazırdı: "Mən xəbərdar etməyi zəruri hesab etdim ki, indiki zamanda həm bizim, həm də xarici ermənilərin hərəkətləri mənim göstərişlərimlə ciddi uyğunlaşdırılmalıdır, çünki Türkiyə və Rusiya arasında ümumi siyasi baxımdan bizimlə ittifaqda olan dövlətlərin də qoşulduğu indiki gərgin vəziyətdə çox vacibdir ki, Türkiyə ilə müharibə bizim tərəfdən hər hansı bir hərəkət sayəsində deyil, onun özü tərəfindən başlansın; odur ki, ermənilər arasında hansısa üsyan qaldırılması həddindən artıq arzuedilməz və hətta təhlükəli hesab edilir. Bununla birlikdə mən zati müqəddəsinizdən acizanə xahiş edirəm, yuxarıda şərh edilən mülahizələrə əsasən, sizin dindarlara öz yüksək avtoritetli təsirinizi göstərəsiniz ki, bizim ermənilər xaricilərlə birlikdə həm indi, Türkiyənin qeyri-müəyyən vəziyyəti zamanı, həm də gələcəkdə, bizim onunla müharibə edəcəyimiz halda, mənim vaxtın şəraitinə görə yerinə yetirilməsini nəzərdə tutacağım və onlara icra etmək üçün verəcəyim tapşırıqları yerinə yetirməyə hazır olsunlar".

Sadəcə təəssüf doğurur ki, "Qnçak" partiyası həmin mövqedə dayanmadı; sonralar o da ümumi əhvala qapıldı və öz xüsusi dəstəsini yaratdı.

Biz gördük ki, qraf Voronsov-Daşkov erməni katolikosuna birbaşa bəyan edir ki, Türkiyə erməniləri arasında hansısa üsyan qaldırmaq həddindən artıq arzuedilməzdir və hətta təhlükəlidir.

Lakin bütün belə məsləhətlər səhrada qışqıranın səsi kimi eşidilməz qaldı. Bir dəstə Qafqaz fırıldaqçılarının Türkiyə erməniləri üçün ölümcül olan rəyi qalib gəldi və bədbəxt erməni xalqı dünyada görünməyən dəhşətli fırıldağa cəlb edildi… Erməni dəstələrinin formalaşdırılmasının əsasında "vətən qarşısında müqəddəs borcu" dərk etmək deyil, sonralar, Türkiyə ilə qalibiyyətli müharibə qurtaranda, Rusiyaya və onun müttəfiqlərinə müharibə zamanı tərəfdarlığa görə mükafat olaraq Ermənistana muxtariyyət verilməsi tələb etmək dururdu. Lakin indi ki cənab daşnaksakanlar Rusiyaya və onun müttəfiqlərinə özlərinin qərəzsiz münasibəti barədə inad göstərirlər, biz bunun üzərində bir qədər dayanacağıq və faktlarla sübut etməyə çalışacağıq ki, onlar müttəfiqlərin gözəl gözlərinə görə hərəkət etməyiblər, özlərinin xalis milli məqsədlərini nəzərdə tutublar ki, bu əlbəttə heç kimi qadağan olunmur. Qafqaz ordusunun qərargahında olan rəsmi sənədlərdə oxuyuruq: "Türkiyəyə qarşı hərbi əməliyyatların başlanması ilə müharibə müvəffəqiyyətlə qurtardıqda Ermənistana muxtariyyət bağışlanması barədə ermənilərin gözlədikləri rəsmi təsdiq baş tutmadı. Tiflisdən yerli partiya xadimlərindən şayiələr yayılmağa başladı ki, Ermənistan müxtariyyəti gözləyə bilməz. Bu şayiələr tezliklə hərbi mükəlləfiyyətli və çağırılmış aşağı rütbəli ermənilər arasında tezliklə yayıldı ki, onun da nəticəsi fərarilik, özünü xəstəliyə düçar etmək, özünü yaralamaq və hətta türk ordusu sıralarına keçmək halları oldu. İşin belə gedişi partiya başçılarının diqqətini özünə cəlb etdi, onlar partiya üzvlərinin Rusiya hökumətindən aldıqları silahları itirməkdən qorxaraq, könüllülük hərəkatının əvvəlki kimi davam etməsi üçün tədbirlər gördülər. Sonuncunu müdafiə etmək, bu ruhda müvafiq təbliğat aparılması üçün könüllülər dəstələrinin tərkibinə ali təhsil müəssisələrində oxuyan gənclərin şəxsində erməni ziyalılarının cəlb edilməsi üçün tədbirlər gördülər". Həmin mənbənin dəlillərinə görə, partiya bütün könüllü erməniləri aldıqları silahları geri qaytarmamaq barədə xəbərdarlıq etməyi qərara aldı, belə ki, Rusiya Ermənistana muxtariyyət verməkdən imtina etdiyi halda həmin könüllülər Rusiya hökumətilə mübarizə üçün silahlı kadrlar olmalıdırlar... "Osoboe Deloda" erməni dəstələri barədə bax bunları oxuyuruq: "Demək olar ki, bizim hər bir nizami zabitimiz yalnız drujinaçıların deyil, onların rəislərinin də hərbi intizamı pozmasının, onların arasında olan çəkişmələrin və intriqaların, lovğalığın, təkrar qorxaqlıq göstərilməsi hallarının, oğurluqların və talanların və nəhayət, bizim zəbt etdiyimiz Türkiyə vilayətlərində, bəzən də Qafqazda dünc müsəlman əhalisi üzərində zorakılığın şahidi olmuşdur…"

 

ERMƏNİLƏRİN CƏBHƏDƏ İCTİMAİ TƏŞKİLATLARDA FƏALİYYƏTİ

Erməni liderlərinin əlində olan ictimai təşkilatlar da cəbhədə özlərini yaxşı aparmırdılar… Əsassız olmamaq üçün həmin təşkilatların fəaliyyətini rəsmi sənədlərlə izləyək. Van dəstəsinin rəisi general-mayor Voronsov Van rayonunda cəbhəyə xidmət edən ictimai təşkilatların hamısının müfəssəl xarakteristikasını verir: "Burada mövcud olan ictimai təşkilatların hamısı ermənilərin əllərindədir. Xeyriyyəçilik məqsədlərilə pərdələnərək, onlar yalnız erməni milli ideyalarının yeridilməsilə məşğuldurlar və onların həyata keçirilməsinə Rusiyanın pulları sərf edilir. Rusiyanın pulları hesabına əhaliyə verilən yardım ermənilərdən yardım adı altında edilir. Şəhərlər İttifaqının çox böyük maaş alan qulluqçuları arasında buraya yalnız ermənilərə yardım etmək üçün gəldiklərini açıq bəyan edən şəxslər var və bizim yaralılara kömək tələb olunanda bu şəxslər ondan imtina edirdilər. Kəndlərin sakinlərinə müavinət paylanarkən - yarısı ermənilərə, yarısı kürdlərə paylanmalı olduğu halda təşkilatlar müstəsna olaraq yalnız ermənilərə kömək edirlər. Rusiyadan müxtəlif erməni siyasi təşkilatları qaçqınlar adı altında buraya boş qalmış türk torpaqlarını zəbt etmək üçün ermənilər göndərirlər…"

Erməni xalqının xadimlərinə Ermənistanın əsl havadarı olan Amerikanın nümayəndəsi doktor Brot da bundan yaxşı attestasiya vermir; o, Rilijanda Ermənistan hökumətinin başçısı A.İ.Xatisovun şərəfinə təşkil edilmiş ziyafətdə hamının eşitdiyi tərzdə demişdir: "Mən bu vaxt ərzində yalnız 6 nəfər vicdanlı ermənilə rastlaşmışam, mənim onlarla iş gördüyüm qalanları isə hamısı ya etibarsız, ya da xəzinə oğrusu və ümumiyyətlə əxlaqca pozğun adamlar idilər; Amerika Komitəsindən yardım alanlar yaxud orada işləyənlər də vicdanlı (təmiz) deyillər…" Daşnaksutyun yazıçıları bütün dünyaya sübut edirlər ki, onlar Rusiyanı çox sevirlər. Rus kəndliləri isə ümidsizlikdən Ermənistandan qaçırlar və hətta vətənlərinə yox, müsəlman ölkəsi Persiyaya (İrana) qaçırlar. Yaxşıdan yaxşı axtarmırlar. Zənn etmək lazımdır ki, əgər rus kəndlsi Ermənistanda yaxşı yaşasa idi, o, Persiyada sığınacaq axtarmazdı, çünki bu ölkə ilə onun ya dini, ya siyasi, ya mədəni cəhətdən ümumi olan heç şeyi yoxdur.

Lakin rus kəndlisi şəxsi təcrübəsinə görə bilir ki, onun soydaşları xristian Ermənistandansa heç olmasa, müsəlman Azərbaycanında daha yaxşı yaşayırlar. O, həqiqətən bilir ki, "rus kəndliləri, məsələn, Lənkəran qəzasında çox yaxşı yaşayırlar və hətta türk basqınından zərər çəkmədilər…" Rus ordusu cəbhəni tərk edəndə onun müdafiəsi ermənilərə həvalə edilmişdi. İşin ümumi rəhbərliyi erməni xalqı və əsgərləri arasında məşhur olan general Andranikə tapşırılmışdı; erməni mətbuatı onu çoxdan bəri "erməni xalqının ən gözəl əfsanəsi" adlandırmışdı. Adı çəkilən komissiyanın işində digər sənədlərlə yanaşı Andranikin ətraflı ifadələri vardır. General Andranik ermənilərə başçılıq edərək çox möhkəmlənmiş Ərzurumda 17 fevral 1918-ci il tarixində peyda oldu. Burada məlum oldu ki, bu təriflənən erməni hərbi qüvvəsi artıq o qədər pozğunlaşmışdır ki, müdafiəsiz dinc türk əhalisini talan etmək və öldürməklə məşğul olurdu…

Section: