İlk xristian ölkəsinin əsl yerini göstərən film

Qafqazda yalnız XX əsrin əvvəlində dövlət kimi yaradılmış Ermənistan Respublikası özünün ilk xristian ölkəsi olmasını bəyan edir. Bu böyük yalandır, çünki xristianlıq Ön Asiyada hazırki Türkiyənin ərazisində Edessa şəhərində təşəkkül tapmışdır. Buna baxmayaraq, 2016-cı ilin iyun ayında Roma papası Yerevanı zəvvar kimi ziyarət etdiyini bəyan etmiş və Ermənistanı ilk xristiyan ölkəsi adlandırmışdır. Film stereotipə çevrilmiş bu tarixi yalanı tam ifşa edir və ilk xristian ölkəsini əsl yerini göstərir.    

"İlk xristian ölkəsinin izi ilə" filminin müəllifi əməkdar jurnalist,  tanınmış  tədqiqatçı,  Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovadır.

Section: